EN

Kral III Çarlz İranda müharibəni dəstəkləyə bilər

Yazını böyüt
Yazını kiçilt

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya Kralı III Çarlzın İrana qarşı müharibədə onu dəstəkləyəcəyinə əminliyini bildirib.

Hafta.az xarici mediaya istinadla xəbər verir ki, Tramp “The Daily Telegraph” qəzetinə müsahibəsində kral haqqında müsbət fikirlər səsləndirib:

“Mən onu bəyənirəm. Hətta şahzadə olanda belə, onu həmişə bəyənmişəm. O, yaxşı insandır, ölkənizin əla nümayəndəsidir”.

ABŞ lideri əlavə edib ki, III Çarlzın İrandakı vəziyyətlə bağlı mövqeyi fərqli olardı:

“Düşünürəm ki, o, bu məsələdə çox fərqli mövqe tutardı. O, birinci dərəcəli bəydir”.

Nəşr Trampın bu açıqlamalarını ABŞ-ın İrana mümkün zərbələrini dəstəkləməkdən imtina edən Böyük Britaniyanın Baş naziri Kir Starmerə dolayı tənqid kimi qiymətləndirib. Bildirilir ki, digər NATO üzvləri də oxşar mövqe nümayiş etdiriblər. Tramp isə həmin müsahibədə alyansı tərk etməyi ciddi şəkildə nəzərdən keçirdiyini bildirib.

ABŞ Prezidenti III Çarlzı “dostum” adlandıraraq qeyd edib ki, monarxla münasibətləri London və Vaşinqton arasında münasibətlərin hazırkı gərginliyi ilə bağlı deyil:

“Kral Çarlzla əla münasibətlərim var, onu uzun müddətdir tanıyıram. Açığı, o, böyük və cəsur bir insandır”.

Bu arada Bukinqem Sarayı Kral III Çarlz və həyat yoldaşı Kraliça Kamillanın aprelin sonunda ABŞ-a dövlət səfərini təsdiqləyib. Səfər ABŞ Prezidentinin dəvəti və Britaniya hökumətinin tövsiyəsi əsasında həyata keçiriləcək. Səfər çərçivəsində monarxın ABŞ Konqresində çıxış etməsi planlaşdırılır.

Chosen
33
2
hafta.az

3Sources