“Bakı-Əyrici-Toxucu” ASC 2025-ci ili təxminən 6 min 785 manat xalis mənfəət ilə başa vurub. Şirkət 2024-cü ili 713 min 124 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Bakı-Əyrici-Toxucu”nun xalis mənfəəti 104 dəfə azalıb.
Marja.az xəbər verir ki, “Bakı-Əyrici-Toxucu” ASC-nin əsas əməliyyat gəlirləri 2024-cü ildə 8 milyon 653 min manat ikən, 2025-ci ildə 3 milyon 229 min manat təşkil edib (5 milyon 424 min manat və ya 62,7% azalıb).
Qeyd edək ki, “Bakı-Əyrici-Toxucu” ASC 1998-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1 milyin 597 min 654 manatdır və qanuni təmsilçisi İslam Məmmədovdur.