EN

“Bakı-Əyrici-Toxucu” şirkətinin mənfəəti kəskin azalıb

“Bakı-Əyrici-Toxucu” MMC 2025-ci ildə əvvəlki illə müqayisədə ciddi geriləmə ilə üzləşib.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Belə ki, hesabat dövründə şirkətin əsas əməliyyat gəliri 3.2 milyon manata yaxın olub. Bu göstərici 2024-cü ildə qeydə alınan 8.6 milyon manatlıq gəlirlə müqayisədə 2.7 dəfə azdır.

Satışdan mənfəət də kəskin şəkildə aşağı düşərək 698 min manat təşkil edib. Halbuki, əvvəlki ildə bu rəqəm 2.2 milyon manatdan çox idi.

Vergidən əvvəl mənfəət 29.8 min manat olub. Mənfəət vergisi ödənişlərindən sonra isə şirkətin xalis mənfəəti cəmi 6.8 min manat təşkil edib. Bu da ötən ilin 713 min manatlıq xalis mənfəəti ilə müqayisədə kəskin azalma deməkdir.

Chosen
16
banker.az

1Sources