EN

Razılaşma əldə olunmasa, İranın enerji infrastrukturuna zərbələr endirilə bilər

Danışıqlar nəticə verməzsə, Vaşinqton İranın enerji infrastrukturuna zərbələr endirə bilər. Bunu ABŞ prezidenti Donald Tramp xalqa mürfaciətində bildirib.

Onun sözlərinə görə, razılaşma əldə olunmadığı təqdirdə ABŞ elektrik stansiyaları da daxil olmaqla əsas obyektləri “çox sərt və ehtimal ki, eyni vaxtda” hədəfə almağa hazırdır.

Tramp qeyd edib ki, ABŞ hələlik İranın neft infrastrukturuna zərbə endirməyib və bunu “ən asan hədəf” adlandırıb.

Onun sözlərinə görə, belə bir addım ölkənin bərpa imkanlarını tamamilə aradan qaldıra bilər.

O həmçinin bildirib ki, İranın hava hücumundan müdafiə sistemləri və radarları “tamamilə məhv edilib” və ABŞ “tam hərbi üstünlüyə” malikdir. Bu iddialar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Trampın sözlərinə görə, İranın nüvə obyektləri strateji bombardmançılar tərəfindən endirilən zərbələr nəticəsində “ciddi şəkildə dağıdılıb” və ABŞ tərəfindən daimi peyk nəzarəti altındadır.

ABŞ prezidenti əlavə edib ki, İranın neft infrastrukturunu bərpa etmək cəhdləri yeni raket zərbələrinə səbəb ola bilər.

N.Təbrizli

Chosen
15
2
anews.az

10Sources