EN

FT: Amazon Globalstar-ı almaq və Starlink ilə rəqabət aparmaq istəyir

ABŞ korporasiyası Amazon təxminən 9 milyard dollar kapitallaşmaya malik Globalstar şirkətini almaq məqsədilə onunla danışıqlara başlayıb. Məqsəd SpaceX-in İlon Maska məxsus qlobal peyk rabitə sistemi Starlink-ə rəqib olmaqdır. Bu barədəmənbələrə istinadən Financial Times (FT) məlumat yayıb.

Məlumata görə, tərəflər bir neçə mübahisəli məsələni həll etməyə çalışırlar. Onlardan biri də odur ki, ABŞ şirkəti Apple Globalstar-da 20% paya sahibdir və Amazon-un onunla ayrıca danışıqlar aparması tələb olunur. 2024-cü ildə Apple Globalstar-a 1,5 milyard dollar investisiya edib. Razılaşmaya əsasən, Globalstar mobil şəbəkə əhatəsi olmayan ərazilərdə peyk vasitəsilə mətn mesajlarının göndərilməsi üçün şəbəkə gücünün 85%-ni iPhone istehsalçısı üçün ayırmağa razılaşıb.

1991-ci ildə yaradılmış Globalstar — aşağı orbitli peyklər qruplaşmasına sahib olan peyk rabitəsi operatoru — son aylarda mümkün satınalma ilə bağlı spekulyasiyalar fonunda səhmlərinin kəskin bahalaşması ilə diqqət çəkib. Nəşrin məlumatına görə, investorlar şirkətin SpaceX-ə rəqib ola biləcəyinə ümid edirlər. “Peyk qrupunun alınması e-ticarət nəhənginin aşağı orbitli peyklər üzrə öz biznesini qurmaq imkanlarını gücləndirəcək”, — deyə materialda qeyd olunur.

Amazon hazırda qlobal miqyasda yüksək sürətli genişzolaqlı internet təmin etmək üçün aşağı Yer orbitində geniş peyk qruplaşmasının yaradılmasını nəzərdə tutan Kuiper layihəsini irəli aparır. Lakin bu sahədə hələlik Starlink-dən xeyli geri qalır.

Chosen
37
banker.az

1Sources