EN

Amnistiya aktı: Qadınlar, yaşlılar, veteranlar – Neçə nəfərə şamil olunub?

22 dekabr 2025-ci ildən 31 mart 2026-cı ilədək prokurorluq və məhkəmə orqanları ilə birgə Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri, habelə İstintaq idarəsi üzrə 18 203 nəfər barəsində amnistiya qərarı tətbiq olunub.

Bu barədə Day.Az-a Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, onlardan 5 310-u müəyyən müddətə azadlıqdan məhrumetmə, 10 226-sı isə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalardan azad edilib.

Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 2 648 nəfərin cəzası 6 ay azaldılıb.

19 nəfər isə cinayət məsuliyyətindən azad edilib (ədliyyə orqanlarının istintaq aidiyyəti üzrə).

 

Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərdən Vətən müharibəsində iştirak etdiyinə görə 20 və qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatdığına görə 18 nəfər də cəzadan azad edilənlər arasında yer alıb.

Amnistiya tətbiq olunmuş şəxslərdən 1 309-u böyük ictimai təhlükə törətməyən, 15 996-sı az ağır, 898-i ağır cinayətlər törətmiş şəxslərdir.

Ümumilikdə amnistiya tətbiq olunmuş şəxslərdən 17 292-si kişi (onlardan 86-sı yetkinlik yaşına çatmayan şəxslərdir), 911-i qadındır (onlardan 1-i yetkinlik yaşına çatmayan şəxsdir).

Chosen
16
18
day.az

10Sources