EN

Ermənistanla iqtisadi əməkdaşlıq risk altındadır - Rusiya

Rusiya və Ermənistan arasında qarşılıqlı ticarətdə 2025-ci ildə ciddi azalma qeydə alınıb. 

Missiya.Az xəbər verir ki, bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk TASS agentliyinə müsahibəsində bildirib. 

Məlumata görə, tərəflər bu dövrdə ümumilikdə 5,1 milyard dollar itiriblər.

Onun sözlərinə görə, 2024-cü ilin sentyabrında Ermənistanın Avropa İttifaqına üzvlüklə bağlı danışıqları Rusiya biznes dairələrinin bu ölkə ilə ticarətə marağına mənfi təsir göstərib.

“Yalnız Aİ ilə yaxınlaşma istiqamətində aparılan danışıqlar belə Rusiya–Ermənistan münasibətlərinə 5,1 milyard dollara başa gəlib”, – deyə Overçuk vurğulayıb.

O qeyd edib ki, 2024-cü ilin yekunlarına əsasən iki ölkə arasında ticarət dövriyyəsi 11,5 milyard dollar təşkil edib. Lakin ilkin hesablamalara görə, bu göstərici 2025-ci ildə təxminən 6,4 milyard dollara qədər azalacaq.

Rusiya rəsmisi həmçinin mümkün iqtisadi nəticələrə də diqqət çəkib. Onun fikrincə, əgər Rusiya sahibkarları Ermənistandan çıxarılarsa, bu addım Rusiyada fəaliyyət göstərən erməni bizneslərinə də təsirsiz ötüşməyəcək.

Seyranə QuliyevaMissiya.Az

Chosen
28
missiya.az

1Sources