Bu gün səhər saatlarında Balakən rayonunun Kortala kəndinin ərazisində “VAZ-21011” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, nəticədə sürücü, 27 yaşlı Nurlan Xəmmədov və sərnişini, 17 yaşlı Cavid Xəmmədov xəsarət alıb.
Araşdırma aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu