EN

Pərviz Şahbazov Goranboyda vətəndaşları qəbul edəcək



Energetika naziri Pərviz Şahbazov aprelin 17-də Goranboy, Yevlax, Göygöl, Samux, Tərtər, Xocalı rayonlarından və Gəncə şəhərindən olan vətəndaşları qəbul edəcək.

Bu barədə Newscenter.az Energetika Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, qəbul saat 11:00-dan başlayaraq Goranboy rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ2200, Goranboy şəhəri, Dədə Qorqud küçəsi, bina 27) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin "974" Çağrı Mərkəzi, 598-16-55 "Qaynar Xətt"i, 598-16-53/54 (daxili 1145, 1146, 1245) telefon nömrələri (əlaqələndirici şəxs: Əzizə Cəfərova), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Gəncə filialı (əlaqələndirici şəxs: Səbuhi Mürsəlov, əlaqə telefonu: (050) 287-21-21, elektron poçt ünvanı: [email protected]), Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Mingəçevir filialı (əlaqələndirici şəxs: Pünhan Qurbanov, əlaqə telefonu: (070) 590-00-09, elektron poçt ünvanı: [email protected]) və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı (əlaqələndirici şəxs: İbrahim Şirinov, əlaqə telefonu: (050) 200-36-11, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış "Qəbula yazılmaq" bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

Süleyman
Chosen
4
16
newscenter.az

10Sources