Bakivaxti portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bakıda sərnişindaşıma sahəsində növbəti narazılıq yaranıb.
Bakıvaxtı.az xəbər verir ki, paytaxtda fəaliyyət göstərən 6 nömrəli marşrut avtobusunun uzun müddət görünməməsi sakinlərin etirazına səbəb olub. Vətəndaşların sözlərinə görə, sözügedən marşrut qeyri-müntəzəm işləyib və bu da sərnişinləri çətin vəziyyətdə qoyur.
ÅžikayÉ™t edÉ™n sakinlÉ™rdÉ™n biri bildirib ki, avtobusu gözlÉ™mÉ™k üçün dayanacaqda 1 saatdan çox vaxt keçirib, lakin nÉ™qliyyat vasitÉ™si gÉ™lib çıxmayıb.Â
Sakinlər qeyd edir ki, xüsusilə iş saatlarında belə gecikmələr ciddi problemlərə yol açır və alternativ nəqliyyat vasitəsi tapmaq da hər zaman mümkün olmur.
6 nömrəli avtobusun bu qədər gecikməsinin səbəbi isə suallar doğurur. Vətəndaşlar problemin operativ şəkildə həllini gözləyirlər./Milli.Az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.