Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 1/4 final mərhələsinin ikinci oyunları start götürəcək.
Fanat.Az xəbər verir ki, ilk olaraq iki matç keçiriləcək.
Öncə "Turan" "Murov Az Terminal"ı qəbul edəcək. Görüş Tovuz Olimpiya İdman Kompleksində, saat 16:00-da başlayacaq.
Saat 18:00-da isə "DH Volley" Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində "Azərreyl"lə üz-üzə gələcək.
"Turan" və "DH Volley" ilk matçlarda inamlı qələbəyə seviniblər - 3:0.
Xatırladaq ki, 1/4 finalın digər oyunları aprelin 3-də keçiriləcək.
ToÄŸrul