EN

ABŞ-ın İrana nəzarət etmək üçün Ermənistandan keçən bir dəhlizə ehtiyacı var



ABŞ-ın Orta Asiyadan vacib mineralları ixrac etmək və İrana nəzarəti həyata keçirmək üçün Ermənistandan keçən bir dəhlizə ehtiyacı var.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.

Overçuk qeyd edib ki, Vaşinqton üçün Tramp marşrutu Mərkəzi Asiyadan ABŞ-a vacib mineralların ixracını, eləcə də İranın şimal sərhədi üzərində nəzarəti təmin edən beynəlxalq nəqliyyat dəhlizidir.

Rusiya Baş nazirinin müavini bildirib ki, bu yolla bağlı bir çox maraq var. Hətta hər kəs onu müxtəlif adlarla çağırır:

"Bakının nöqteyi-nəzərindən Zəngəzur dəhlizi ölkənin iki hissəsi arasında əlaqənin bərpası, Türkiyə ilə birbaşa əlaqənin açılması və Azərbaycanın Avrasiya nəqliyyat və logistika qovşağı kimi inkişaf etdirilməsi üçün vacibdir".

Anar
Chosen
17
1
newscenter.az

2Sources