EN

"Eşref Rüya"nın aktyoru dünyasını dəyişib

Türkiyə serialı "Eşref Rüya"dakı rolu ilə tanınan 37 yaşlı aktyor Ramazan Tetik vəfat edib.

Missiya.Az "İstangbul gazetesi"nə istinadən xəbər verir ki, Tetik aorta yırtığı səbəbindən müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 

Onun vəfatı elan edildikdən sonra Aktyorlar Birliyi rəsmi sosial media hesablarında başsağlığı verən bir bəyanat yaydı. Bəyanatda deyilib:

"Əziz həmkarımız Ramazan Tetikin belə gənc yaşda itkisinə görə dərin kədər hissi keçiririk. İncəsənət ictimaiyyətinə başsağlığı veririk. Ailəsinə və onu sevən hər kəsə səbr diləyirik".

Qeyd edək ki, aktyor baş rollarını Çağatay Ulusoy və Demet Özdemirin oynadığı məşhur "Eşref Rüya" serialında Fetih adlı obrazı canlandırırdı.

İlahə Qənbərli

Missiya.Az

Chosen
12
missiya.az

1Sources