Qafqazinfo saytına istinadən ain.az xəbər verir.
Bu gün səhər saatlarında paytaxtın Binəqədi rayonunda ər və arvadı bıçaqlanıb.
“Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir ki, Biləcəri qəsbəsində yerləşən mənzildə 1971-ci il təvəllüdlü kişiyə və 1978-ci il təvəllüdlü həyat yoldaşına bıçaqla xəsarət yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən, xəsarət alan şəxslərin 2008-ci il təvəllüdlü oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisənin ailədaxili münaqişə zəminində törədildiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.