Mərhum müğənni Fatih Ürekin mirası açıqlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Sen İstersen" verilişinə qonaq olan jurnalist Seyhan Erdağ bildirib.
Onun açıqlamalarına görə, müğənninin mirası belədir:
- Bodrumda təxminən 170 milyon lirə dəyərində malikanə;
- Ataşehirde 5 mənzil;
- Təxminən 6 milyon lirə dəyərində avtomobil;
- Bank hesablarında müəyyən məbləğdə nağd vəsait;
- Brilyant və qızıldan ibarət zinət əşyaları...
Sənətçinin sərvətinin çoxluğu diqqət çəkərək geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, Fatih Ürek 2025-ci ildən komada qalıb. O bu ilin yanvarın 30-da vəfat edib.
Oktyabrın 15-də evində infarkt keçirən 59 yaşlı müğənninin ürəyi 20 dəqiqə dayanmışdı. Sənətçinin iki bacısı var.