EN

Fantastikadan QADAĞAYA: Bir zamanlar möcüzəvi görünən insanın klonlaşdırılması niyə qanunla yasaqlanır?

Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Vaxtilə məşhur Braziliya serialı “Klon”u izləyərkən insanın “ikinci nüsxəsi”nin yaradılması fikri bizə fantastika kimi gəlirdi. 2000-ci illərin əvvəlində bu mövzu həm heyrət doğurur, həm də bir az qorxudurdu. Serialın yaratdığı ajiotaj cəmiyyətin bu mövzuya baxışını ciddi şəkildə dəyişmişdi. Hər kəs eyni sualı verirdi:“Bu, doğrudanmı mümkündür?”Bu gün isə texnologiyanın sürətli inkişafı ilə bir çox şey kimi klonlaşdırma da artıq əvvəlki qədər təəccüblü görünmür. Elm bizə bir vaxtlar xəyal kimi gələn çox şeyi izah edib, hətta reallaşdırıb.Amma əsas olan odur ki, klonlaşdırma nə qədər reallaşmış olsa da qanunlar bu elmi nailiyyəti “qol-qanad” açmağa qoymur. Haqlı olaraq qanun fərdi azadlığa müdaxilə edən klonlaşdırmanı yasaqlayır. İnsan klonlaşdırılması demək olar ki, bütün ölkələrdə qadağandır. Amma bəzi ölkələr elmi tədqiqatlar üçün məhdud istisnalar tanıyır.

 

ABŞ  və Avropa ölkələrinin əksəriyyəti (Almaniya, Fransa, Böyük Britaniya, İsveç və s.), eləcə də Çin, Yaponiya, Kanada, Rusiyada insan klonlaşdırılması qadağandır, yalnız tədqiqat çərçivəsində məhdud istisnalar ola bilər.

Azərbaycan da klonlaşdırmanı qadağan edir: qanunvericilikdə biotibb və genetika sahəsində fəaliyyətlər ümumilikdə tənzimlənir və insan üzərində belə eksperimentlərə icazə verilmir. Elmi-tədqiqat məqsədli genetik işlər isə (məsələn, hüceyrə səviyyəsində araşdırmalar) müəyyən çərçivələr daxilində mümkündür.Dövlət başçısının 31 mart, 2026-cı ildə imzaladığı fərmana əsasən  insanın klonlaşdırılması üsulları və onun klonu, insanın rüşeym xəttinin hüceyrələrinin genetik tamlığının modifikasiyası üsulları, insan embrionlarının sənaye məqsədləri üçün istifadə edilməsi patent obyektləri kimi qəbul edilməyəcək.Şəfiqə Şəfa, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
5
1
bizim.media

2Sources