EN

“Turan“ və “DH Volley“ 1/4 finalın ikinci oyunlarında üstünlüklərini qorumağa çalışacaq

ain.az, Moderator.az portalına istinadən məlumat yayır.

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 1/4 final mərhələsinin ikinci oyunlarına bu gün start götürəcək.

Moderator.az xəbər verir ki, ilk olaraq "Turan" "Murov Az Terminal"ı qəbul edəcək. 

Matç Tovuz Olimpiya İdman Kompleksində, saat 16:00-da başlayacaq.

Saat 18:00-da isə "DH Volley" "Azərreyl"lə qarşılaşacaq.

Oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.

Qeyd edək ki, 1/4 finalın digər oyunları aprelin 3-də baş tutacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
1
3
moderator.az

4Sources