"Qarabağ"ın qolkiperi Mateuş Koxalski mövsümün sonunda komandanı tərk edəcək.
Bizim.Media xəbər verir ki, polyak qapıçı ona gələn təklifləri dəyərləndirməkdə qərarlıdır.
Lakin məsələ "Qarabağ"ın istədiyi təzminatı ödəməkdir.
Əgər Koxalskini transfer etmək istəyən klublar “Qarabağ”ın da tələb etdiyi pulu ödəyəcəksə, hazırkı komandası onun keçidinə mane olmayacaq.
Qış fasiləsində “Vidzev” polyak qapıçını transfer etmək istəsə də, son anda Mateuş ən azından mövsümün sonuna qədər Ağdam klubunda qalmağa üstünlük vermişdi.
Xatırladaq ki, Mateuş Koxalski 2024-cü il avqust ayından "Qarabağ"ın qapısını qoruyur.
Onun müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
Rəşad Rafiqoğlu, Bizim.Media