EN

Kanadanın Baş naziri Trampı Artemis II missiyasının başlaması münasibətilə təbrik ETDİ

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Kanadanın Baş naziri Mark Karni ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı onu “Artemis II” pilotlu missiyasının uğurla buraxılması münasibətilə təbrik edib.

Redaktor.az xəbər verir ki, bu barədə Kanada Baş Nazirinin Ofisinin yaydığı bəyanatda bildirilib.

Məlumata görə, “Artemis II” missiyasında dörd astronavt iştirak edir: üçü ABŞ-dən – Reid Viseman, Kristina Koç və Viktor Qlover, biri isə Kanadadan – Ceremi Hansen.

Qeyd olunub ki, Viktor Qlover Ayda insanlı missiyada iştirak edən ilk afroamerikalı, Kristina Kox isə ilk qadın olub.

Bildirilib ki, missiyanın təxminən 10 gün davam etməsi planlaşdırılır və astronavtların Ay ətrafında dövrə vuraraq Yerə qayıtması gözlənilir.

Açıqlamada həmçinin qeyd edilib ki, liderlər polkovnik Ceremi Hansen də daxil olmaqla astronavtların cəsarətini, kosmosda əməkdaşlığın əhəmiyyətini və Yaxın Şərqdəki münaqişə ilə bağlı son inkişafları müzakirə ediblər.

Xatırladaq ki, “Artemis II” ABŞ-nin yeni Ay proqramının ikinci mərhələsidir. Birinci mərhələ olan “Artemis I” isə 2022-ci ildə pilotsuz rejimdə həyata keçirilib.

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
20
1
redaktor.az

2Sources