EN

Bakıda MÜHÜM GÖRÜŞ: Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin baş nazirləri bir arada

Baku.ws saytına istinadən ain.az xəbər verir.

Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin baş nazirlərinin ikinci görüşü başlayıb.

BAKU.WS xəbər verir ki, Bakıda keçirilən və iki gün davam edəcək görüşdə hökumət nümayəndələri iqtisadi, nəqliyyat və logistika məsələlərini müzakirə edəcəklər.

Tədbirdə Azərbaycanın Baş nazir Əli Əsədov, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Nökerquli Ataquliyev, Qırğız Respublikasının Baş naziri Adılbek Kasıməliyev, Qazaxıstanın Baş naziri Oljas Bektenov və Özbəkistanın Baş naziri Abdulla Aripov iştirak edirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
1
2
baku.ws

10Sources