EN

Gürcüstan Vəkillər Kollegiyasının sədri Ali Məhkəmədə olub

Aprelin 1-də ölkəmizdə səfərdə olan Gürcüstan Vəkillər Kollegiyasının sədri İrakli Kandaşvili Azərbaycan Respublikasının Ali Məhkəməsində olub.

Qonağı salamlayan Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Azərbaycan və Gürcüstan arasında bütün istiqamətlərdə olduğu kimi, hüquqi sahədə də əməkdaşlığın yüksək səviyyəyə çatdığını bildirib. Həmçinin qarşılıqlı səfərlər və təcrübə mübadiləsinin münasibətlərin möhkəmləndirilməsinə mühüm töhfə verdiyi diqqətə çatdırılıb.

Daha sonra qonağa ölkəmizdə məhkəmə sahəsində görülən işlər, vəkillik institutu ilə məhkəmə sistemi arasında əməkdaşlığın mövcud vəziyyəti, eləcə də bu sahədə mütəmadi təşkil olunan görüş və müzakirələr barədə ətraflı məlumat verilib.

Səmimi qəbula görə təşəkkürünü bildirən İrakli Kandaşvili öz növbəsində Azərbaycanda aparılan məhkəmə-hüquq islahatlarını yüksək qiymətləndirərək qeyd edib ki, bu cür görüşlər peşəkar əməkdaşlığın inkişafı və ortaq təşəbbüslərin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Görüş zamanı iki ölkə arasında hüquqi əməkdaşlığın inkişaf perspektivləri, vəkillik institutunun rolu, məhkəmə-hüquq sahəsində qarşılıqlı təcrübə mübadiləsi və digər məsələlər müzakirə olunub.

Chosen
13
9
teleqraf.com

10Sources