EN

“Platformamıza 50 mindən çox oyunçu yüklənir”

BAKI, 2 aprel. TELEQRAF

“Platformamıza 50 mindən çox oyunçu yüklənir. Biz çox etibarlı şirkətlərdən biriyik. AFFA-ya istedadlı futbolçuları təqdim edəcəyik, bu da çox səmərəli əməkdaşlıq olacaq.”

Teleqraf xəbər verir ki, bunu kamera və analiz platforması olan “Eyeball” şirkətinin direktoru Manfred Lerli AFFA ilə müqavilə imzalanma mərasimində deyib.

O, AFFA ilə əməkdaşlıqla bağlı bunları bildirib:

“43 ölkədə fəaliyyət göstəririk və 3000 partnyorumuz var. ABŞ və Yaxın Şərqdə də platformalarımız mövcuddur. Biz “Liverpul”, “Mançester Siti”, PSJ, “Borussiya Dortmund” kimi klublarla əməkdaşlıq edirik. Avropadakı klubların 40 faizi bizim tərəfdaşımızdır. Əsas fəaliyyətimiz oyunçuların qiymətləndirilməsi ilə bağlıdır”.

Chosen
16
teleqraf.com

1Sources