EN

“Sabah”ın oyununda yenə Rauf Cabarov

Azərbaycan Kubokunda 1/2 finalın ilk oyunlarının təyinatları məlumdur.

Msport.az xəbər verir ki, böyük maraqla gözlənilən “Qarabağ” – “Sabah” matçı Rauf Cabarova tapşırılıb. Rauf Cabarov Azərbaycan Premyer Liqasıının “Qəbələ” – “Sabah” qarşılaşmasında (0:1) meydan sahiblərinin son dəqiqələrdə vurulan qolunu saymamış və bu xeyli müzakirələ səbəb olmuşdu. Bundan başqa, Cabarov 25-ci turda “Kəpəz” – “Qarabağ” görüşündə də (1:0) baş hakim olmuşdu. Oyundan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov Cabadovla bağlı narazılığını dilə gətirmişdi.

3 aprel (cümə)

“Turan Tovuz” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 17:30

“Qarabağ” – “Sabah”
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Tofiq Bəhramov adına Respublika Stadionu, 20:00

Chosen
50
msport.az

1Sources