EN

Beynəlxalq Enerji Agentliyi, Valyuta Fondu və Dünya Bankı birgə koordinasiya qrupu yaradıb

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 2 aprel, AZƏRTAC

Beynəlxalq Enerji Agentliyi (IEA), Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Yaxın Şərqdəki münaqişənin enerji və iqtisadiyyata təsirlərinə qarşı cavab tədbirlərini maksimum dərəcədə artırmaq üçün birgə koordinasiya qrupu yaratmaq barədə razılığa gəlib.

AZƏRTAC xəbər verir ki, qurumların birgə bəyanatında Yaxın Şərqdəki müharibənin regionda həyat şaraitini ciddi şəkildə pozduğu və qlobal enerji bazarı tarixində ən böyük təchizat çatışmazlığından birinə səbəb olduğu bildirilib. Təsirlərin əhəmiyyətli, qlobal və yüksək dərəcədə asimmetrik olduğu qeyd edilib, bundan enerji idxalçılarının, xüsusən də aşağı gəlirli ölkələrin qeyri-mütənasib şəkildə təsirləndiyi vurğulanıb.

Qeyd edilib ki, bu təsirlər artıq neft, qaz və gübrə qiymətlərinin artması ilə hiss olunur ki, bu da ərzaq qiymətləri ilə bağlı narahatlıqları artırır. Helium, fosfat, alüminium və digər əmtəələr daxil olmaqla qlobal təchizat zəncirləri də mənfi təsirə məruz qalıb və Körfəzdəki əsas mərkəzlərdə aviareyslərin dayanması isə turizm sektoruna təsir göstərib. Həmçinin, bazar dəyişkənliyinin artması, inkişaf etməkdə olan iqtisadiyyatlarda valyutaların zəifləməsi və inflyasiya gözləntiləri ilə bağlı narahatlıqlar daha sərt pul siyasəti və daha aşağı iqtisadi artım ehtimalını artırır.

Bu yüksək qeyri-müəyyənlik dövründə inkişafları yaxından izləmək, təhlilləri uyğunlaşdırmaq və siyasətçilərə dəstək vermək üçün qurumların koordinasiyalı şəkildə fəaliyyət göstərməsinin vacibliyi vurğulanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
14
50
azertag.az

10Sources