EN

Mərkəzi Bankdan qiymət artımları ilə bağlı PROQNOZ

Azərbaycan Mərkəzi Bankının baza ssenariyə əsasən, 2026-cı ilin və 2027-ci ilin sonuna illik inflyasiyanın hədəf daxilində olacağı proqnozu dəyişməz qalır.

Bu barədə Mərkəzi Bankın bu gün faiz dəhlizinin parametrlərinə dair qərarındakı press-relizdə bildirlir.

Son meyillərin təhlili 2026-cı ilə inflyasiya proqnozunun artma istiqamətində dəyişdirilməsi ehtimalının olduğunu göstərir.

AMB-nin baza ssenarisi üzrə 2026-cı ilin fevral proqnozlarına görə illik inflyasiyanın 2026-cı ildə 5.5%, 2027-ci ildə isə 4.0% olacağı gözlənilirdi. Halbuki, oktyabrda bu proqnoza görə 2026-cı ildə inflyasiyanın 5.7% olacağı gözlənildirdi.

Mərkəzi Bank bu gün faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılıb. Beləliklə, Uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5.5%, yuxarı həddi isə 7.5% səviyyəsində saxlanlıb. Bu Banker.az analtiklərinin ötən gün verdiyi proqnozla üst-üstə düşməsi deməkdir.

Tənzimləyici deyib ki, hazırda illik inflyasiya "hədəf daxilindədir". Hədəf isə 2%-6% daxilində götürlür.

AMB bildirir ki, 2026-cı ilin fevralında 12 aylıq inflyasiya 5.7% təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.8%, ödənişli xidmətlər üzrə 5.7%, qeyri-qida məhsulları üzrə isə 3.7% təşkil edib. İllik baza inflyasiya 5.6% olub.

"Müşahidə olunan inflyasiya, əsasən xarici mənşəli xərc amillərinin təsiri altında formalaşır"- deyə bildirilir.

Bildirilir ki, ötən iclasdan bəri inflyasiya riskləri balansına artırıcı təsir göstərə bilən amillərin aktivləşməsi müşahidə olunur.

"Regionda gərginliyin kəskin fazaya keçməsi qlobal əmtəə və maliyyə bazarlarında qiymət və indekslərin dəyişkənliyini yüksəltməkdədir. Bu şəraitdə əsas xarici risk idxal qiymətlərinin daxili inflyasiyaya ötürülməsi ilə bağlıdır. Belə ki, qlobal neft-qaz təchizat zəncirlərində pozuntuların yaranması, enerji məhsullarının qiymətinin artımı və logistika xərclərinin yüksəlməsi ticarət tərəfdaşlarında inflyasiyanın artımına səbəb ola bilər".

AMB əlavə edir ki, idxal qiymətlərinin daxili inflyasiyaya ötürülməsi riski ticarət tərəfdaşlarında inflyasiya prosesləri ilə yanaşı, nominal effektiv məzənnənin dinamikasından da asılı olacaqdır.

"Daxili risk faktorları arasında təklif - xərc amilləri mühüm olaraq qalır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
31
6
olaylar.az

10Sources