EN

Bakının bu qəsəbəsində antisanitar VƏZİYYƏT - Niyə təmizlik işləri aparılmır?

Xəzər rayonunda antisanitar vəziyyət yaranıb.

Milli.Az-ın məlumatına görə, xoşagəlməz vəziyyət Türkan qəsəbəsində müşahidə olunub.

Sakinlər bildirir ki, ərazidə təmizlik işləri aparılmır, məişət tullantıları yığılıb və ətrafa kəskin qoxu yayılıb.

Şikayətçilər ərazinin təmizlənməsini və əlavə tullantı qablarının quraşdırılmasını tələb edirlər.

Mina Mikayılova
Milli.Az

Chosen
23
1
milli.az

2Sources