EN

İsveçrə Gürcüstan rəsmiləri üçün vizasız rejimi dayandırıb

İsveçrə Gürcüstanın diplomatik, rəsmi və ya xidməti pasport sahiblərinə viza məhdudiyyətləri tətbiq edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə qərarı İsveçrə Federal Şurası qəbul edib. Aprelin 3-dən etibarən qüvvəyə minəcək qərarla Gürcüstanın diplomatik, rəsmi və ya xidməti pasport sahiblərinə İsveçrəyə səfər üçün viza tələb olunacaq.

Qərar 12 ay ərzində qüvvədə saxlanılacaq və Gürcüstanın digər vətəndaşlarına şamil edilməyəcək.

Chosen
19
1
apa.az

2Sources