EN

Windows-da problemlərin səbəbi yeniləmələr deyil - Microsoft mühəndisindən açıqlama » AzadMedia.az


Microsoft şirkətinin mühəndisi Raymond Chen bildirib ki, Windows əməliyyat sistemində baş verən bir çox nasazlıqların əsas səbəbi yeniləmələr deyil, istifadəçilərin öz hərəkətləridir. Bu barədə Neowin məlumat yayıb.
Ekspertin sözlərinə görə, sistemin qeyri-sabit işləməsi çox vaxt istifadəçilərin təsdiqlənməmiş mənbələrdən sürücü və proqram təminatı quraşdırması, eləcə də qrup siyasətlərini düzgün tənzimləməməsi ilə bağlı olur. Bu cür dəyişikliklər əməliyyat sisteminin işinə mənfi təsir göstərərək, adətən yenidən başladılma və ya növbəti yeniləmə zamanı üzə çıxır.
Mütəxəssis qeyd edib ki, yeniləmə zamanı kompüter yenidən başladıldıqda, gizli qalan səhv konfiqurasiyalar aktivləşir və nəticədə sistem ümumiyyətlə yüklənməyə bilər. Bu baxımdan yeniləmələr problemin əsas səbəbi deyil, sadəcə mövcud xətaları üzə çıxaran bir “tetikleyici” rolunu oynayır.
Bununla yanaşı, son dövrlərdə Microsoft tərəfindən problemli yeniləmələrin geri qaytarılması mexanizmlərinin tətbiqi şirkətin öz buraxılışlarının keyfiyyəti ilə bağlı riskləri də qəbul etdiyini göstərir.
Chosen
15
1
azadmedia.az

2Sources