EN

Cevdet Yılmaz: Türk Dövlətləri İnvestisiya Fondu yaxın gələcəkdə maliyyələşdirmə fəaliyyətinə başlayacaq

Bakı, 2 aprel, AZƏRTAC

Türk Dövlətləri İnvestisiya Fondunun, türk dövlətlərinin ilk maliyyə qurumu olaraq, yaxın gələcəkdə maliyyələşdirmə fəaliyyətinə başlayacağını gözləyirik. Fondun beynəlxalq səviyyədə nüfuzlu maliyyə qurumu kimi layiq olduğu mövqeyi tutmasını təmin etmək üçün səylərimizi davam etdirmək vacibdir.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin aprelin 2-də Bakıda keçirilən görüşündə çıxışı zamanı deyib.

Qlobal və regional çağırışlar fonunda türk dövlətləri arasında enerji və nəqliyyat əlaqələrinin gücləndirilməsi strateji əhəmiyyət kəsb etdiyini diqqətə çatdıran Cevdet Yılmaz bərpaolunan enerji, təbii qaz, elektrik şəbəkələri və kritik minerallar kimi bir çox sahədə əməkdaşlıq üçün güclü potensialın olduğunu deyib.

"Xüsusilə, Trans-Xəzər Qaz Boru Kəməri layihəsi ölkələrimizin inkişafına əhəmiyyətli töhfə verməklə yanaşı, regional enerji inteqrasiyasını da gücləndirəcək", - deyə Vitse-prezident əlavə edib.

Chosen
14
2
azertag.az

3Sources