EN

“Krasnopol-M2” artilleriya mərmilərinin növbəti partiyası Rusiya Müdafiə Nazirliyinə çatdırılıb

“Rostex” Dövlət Korporasiyasının “Yüksək Dəqiqlikli Komplekslər” holdinqi 155 mm-lik “Krasnopol-M2” idarə olunan artilleriya mərmilərinin növbəti partiyasını Rusiya Müdafiə Nazirliyinə çatdırıb.

“Poliqon” “Rostex”ə istinadən xəbər verir ki, xüsusi hərbi əməliyyat zamanı aktiv istifadə olunan “Krasnopol-M2” mərmisi yüksək effektivliyi və maksimal məsafələrdə belə müstəsna dəqiqliyi ilə seçilir.

“Krasnopol-M2” dəqiq zərbə ilə düşmənin mühüm obyektlərini sıradan çıxarmağa qadirdir. Bu mərmi ilə atəş həm özüyeriyən, həm də yedəyə alınan artilleriya qurğularından həyata keçirilə bilər.

Atəş yığımının tərkibinə lazerlə işıqlandırılan hədəfə yarıaktiv özütuşlamalı 155 mm çaplı K155M korrektə olunan yüksək qəlpəli-fuqas mərmisi daxildir. O, 25 km-ə qədər məsafədəki həm hərəkətli və hərəkətsiz, həm də zirehli və zirehsiz hədəfləri, mühəndis qurğularını ilk atışdan məhv etmək üçün təyin olunub.

Chosen
36
poliqon.az

1Sources