EN

Tramp Amerikanın baş prokurorundan narazıdır - Səbəbi isə...

ABŞ prezidenti Donald Tramp son günlərdə baş prokuror Pam Bondini işdən çıxarmaq ehtimalını müzakirə edir. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, xanım məmurun işdən çıxarılmasına səbəb isə Epşteyn işi ilə bağlıdır.  

Bildirilir ki, Tramp Ədliyyə Nazirliyinə rəhbərliyindən və Epşteyn işinin idarə olunmasından getdikcə daha çox məyus olur.

Məlumata görə, Tramp Bondini Ətraf Mühitin Mühafizəsi Agentliyinin rəhbəri Li Zeldinlə əvəz etmək ideyasını irəli sürüb. Amerika lideri hələlik yekun qərar verməsə də, bir neçə aydır ki, Bondidən narazıdır. 

Gülayə Mecid 

Chosen
45
1
unikal.az

2Sources