EN

Cahangir Fərəcullayev: “Yarışlar zamanı stadionlara kameralar quraşdırılacaq”

ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.

“Mövcud problemlərdən biri də bəzən milli komandaların səviyyəsinə uyğun olmayan futbolçuların dəvət olunması ilə bağlıdır”.

İdman.Biz report.az-a istinadən xəbər verir ki, bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev kamera və analiz platforması “Eyeball” şirkəti ilə müqavilənin imzalanma mərasimində bildirib.

Qurum rəsmisi bu əməkdaşlığın Azərbaycan futbolu üçün çox faydalı olacağını deyib:

“Ən böyük problemimiz uşaq və gənclər futbolu ilə bağlıdır. Artıq müasir texnologiyalar futbol sisteminə inteqrasiya olunur və bu yeniliklər gənclər futboluna da tətbiq ediləcək. Yarışlar zamanı stadionlara kameralar quraşdırılacaq və oyunların detallı analizi aparılacaq. Beləliklə, turdan-tura oyunçular barədə geniş bir məlumat bazası formalaşacaq. Bu da hər bir futbolçunun performansını obyektiv şəkildə qiymətləndirməyə imkan verəcək.

Mövcud problemlərdən biri də bəzən milli komandaların səviyyəsinə uyğun olmayan futbolçuların dəvət olunması ilə bağlıdır. Yeni yaradılacaq bu məlumat bazası isə hansı oyunçuların həqiqətən milli səviyyəyə uyğun olduğunu daha aydın göstərəcək. Eyni zamanda bu sistem Avropa və dünya skautları üçün də əlçatan olacaq. Onlar futbolçuları daha yaxından izləyə, performanslarını analiz edə və vaxtı çatanda öz klublarına cəlb edə biləcəklər. Nəticə etibarilə bu yeniliklər ölkə futbolunun inkişafına mühüm töhfə verəcək”.

Qeyd edək ki, müqaviləyə əsasən, “Eyeball” şirkətinin kamera və analiz platforması AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə çempionatlarda tətbiq olunacaq.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
28
icma.az

1Sources