EN

İki məşhur sığorta şirkətinin külli miqdarda borcu yaranıb - FOTO

“Xalq Həyat” Sığorta ASC və “Meqa Sığorta” ASC külli miqdarda borca düşüb.

Ucnoqta.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, “Xalq Həyat” Sığorta ASC-nin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 264 350.24 manat, “Meqa Sığorta” ASC-ni isə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 143 918.53 manat borcu yaranıb.

Qeyd edək ki, “Xalq Həyat” Sığorta 2019-cu ildən fəaliyyət göstərir. Cəmiyyətin nizamnamə kapitalı 15 mln. manat təşkil edir və səhmlərinin 100 faizi “Xalq Sığorta” ASC-yə məxsusdur. İdarə Heyətinin sədri Orxan Əfəndiyevdir.

“Meqa Sığorta” isə 2010-cu ildə təsis edilib, nizamnamə kapitalı 23 mln. manatdır. İdarə Heyətinin sədri Uğur İbrahimlidir. Şirkət “Meqa Həyat Sığorta” ASC-nin səhmlərinin 100 faizinə sahibdir.

Chosen
1
7
ucnoqta.az

8Sources