EN

Ərini öldürən qadın məhkəmədə son söz dedi

Ərini qətlə yetirməkdə təqsirləndirilən Nərgiz Quliyevanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

"Unikal"ın məlumata görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. 

Dövlət ittihamçısı İsmayıl Cavadlı ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 12 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. 

Daha sonra təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxs son söz deyib. 

O, məhkəməyə bildirib ki, himayəsində azyaşlı uşaq var və bu cinayəti qəsdən törətməyib. 

Məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra hökmü elan edib. 

Hökmə əsasən, Nərgiz Quliyeva həyat yoldaşını qəsdən qətlə yetirməsi ilə bağlı hər hansı bir sübut yoxdur və o, 120.1-ci maddə ilə təqsirləndirilə bilməz və bu maddə 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edilməlidir. 

Yekun olaraq, Nərgiz Quliyeva 1 il 6 ay müddətinə məntəqə tipli cəzaçəkmə müəssisəsində cəzasını çəkməsi ilə bağlı qərar qəbul edilib. 

Qeyd edək ki, 2025-ci ilin avqust ayında Bakı şəhərinin Xəzər rayonu, Türkan qəsəbəsində 1986-cı il təvəllüdlü Nərgiz Rafiq qızı Quliyeva yaşadığı evdə münaqişə zəminində əri, 1979-cu il təvəllüdlü Natiqi bıçaqlayaraq qətlə yetirib. N.Quliyeva polis tərəfindən tutularaq istintaqa təhvil verilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Chosen
16
unikal.az

1Sources