EN

Bir ailənin 5 üzvü dəm qazından zəhərləndi

Sumqayıt şəhərində bir ailə üzvlərinin dəm qazından zəhərlənmə hadisəsi baş verib.
BUTA.TV xəbər verir ki,hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb. Belə ki, Sumqayıt şəhər sakinləri – 2015-ci il təvəllüdlü Cəbrayıl Kamil oğlu Cəbrayılov, 2018-ci il təvəllüdlü Məhəmməd Kamil oğlu Cəbrayılov, 2019-cu il təvəllüdlü Həmzə Kamil oğlu Cəbrayılov, 2021-ci il təvəllüdlü Ayişə Kamil qızı Cəbrayılova və 2024-cü il təvəllüdlü Gülcənnət Kamil qızı Cəbrayılova yaşadıqları evin hamam otağında dəm qazından zəhərləniblər. Zəhərlənən şəxslər dərhal xəstəxanaya çatdırılıb və onlara tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
31
12
buta.tv

10Sources