EN

Yelo Bank 6 nominasiya üzrə qalib seçildi

Azxeber.com portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən hər il ənənəvi olaraq keçirilən "Bankçılıq Mükafatları” çərçivəsində 2025-ci ilin yekunları üzrə qaliblər elan edilib. Yelo Bank-ın ötən il ərzində müxtəlif istiqamətlər üzrə həyata keçirdiyi effektiv fəaliyyət ABA tərəfindən yüksək qiymətləndirilib.

Bank aşağıdakı 6 fərqli nominasiya üzrə mükafata layiq görülüb:

Korporativ sosial məsuliyyət;

Maliyyə savadlılığı dəstəkçisi;

Təhsil dəstəkçisi;

Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü;

Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi;

Dayanıqlı bankçılıq üzrə layihələr (ESG).

Yelo Bank üçün 2025-ci il həm rəqəmsallaşma, həm də sosial məsuliyyət baxımından olduqca məhsuldar keçib. Sözügedən istiqamətlər üzrə həyata keçirilən layihələr, xüsusilə təhsilə dəstək, KOB-in maliyyələşdirilməsi və dayanıqlı inkişaf təşəbbüsləri Bankın gündəlik fəaliyyət strategiyasının ayrılmaz hissəsidir.Tecili kredit axtarırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.Yelo Bank – Parlaq bankçılıq!

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
26
7
azxeber.com

8Sources