EN

Hüseyn Abdullayevin vəkilindən sensasion açıqlama ÖLÜMÜN BİR ADDIMLIĞINDA OLDUĞUNU DEDİ…

ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Hazırda 10 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan sabiq deputat Hüseyn Abdullayevin vəkili Günay İsmayılova onunla görüşüb.

VəkilinGununsesi.info-ya verdiyi məlumata görə, görüş cəmi 5 dəqiqə çəkib:

“Hüseyn Abdullayev səhhətində olan problemlərlə əlaqədar o görüşdə cəmi 5 dəqiqə qala bildi. Səhhəti getdikcə pisləşir. Xeyli çəki itirib və gözünün altında səhhətində olan problemləri göstərən  qaralmalar var idi. Səhhəti o qədər dözülməz idi ki, ölümün bir addımlığında olduğunu dedi. Mən ona təsəlli versəm də, o real durumunu anlatdığını dedi”.

Vəkil onu da əlavə edib ki, bir müddət əvvəl sabiq deputatın anası Zeynəb Abdullayeva Prezident İlham Əliyevə və Vitse-Prezident Mehriban Əliyevaya müraciət edərək oğlunun səhhətində yaranmış problemlə əlaqədar azadlığa buraxılmasını xahiş edib:

“Mən inanmaq istərdim ki, Hüseyn Abdullayevin anasının çağırışına müsbət cavab verilləcək və o, tezliklə azadlığa çıxacaq”.

Günay Mahirqızı

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
41
3
icma.az

4Sources