EN

TDT hökumət başçılarının görüşü keçirildi -

Bakıda, "Gülüstan" sarayında Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşü başa çatıb.Metbuat.az xəbər verir ki, Baş nazir Əli Əsədov tədbirin yekunu olaraq bəyanat qəbul edildiyini açıqlayıb. 11:11Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının görüşü başlayıb.Metbuat.az xəbər verir ki, görüş rəsmi Bakının ev sahibliyi ilə keçirilir. Görüşdə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, Türkiyənin Vitse-Prezidenti Cevdet Yılmaz, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Nökerquli Ataquliyev, Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, Qırğız Respublikası Nazirlər Kabinetinin sədri Adılbek Kasıməliyev və Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov iştirak edir.

Tədbirdə Baş nazir Əli Əsədov digər ölkələrdən olan həmkarlarını salamlayıb və ailə fotosu çəkdirilib.

Chosen
18
9
metbuat.az

10Sources