EN

Patent və ixtira fəallığı artıb

Bakı, 2 aprel, AZƏRTAC

Əqli Mülkiyyət Agentliyinə 2025-ci ildə ixtira, faydalı model və sənaye nümunəsinin patentləşdirilməsi üçün 481 iddia sənədi (2024-cü ildə 349 iddia sənədi), o cümlədən ixtiraya aid 282 (2024-cü ildə 204), faydalı modelə aid 77 (2024-cü ildə 69), sənaye nümunəsinə aid 65 (2024-cü ildə 37) və Avrasiya patentinin alınması üçün 57 (2024-cü ildə 39) iddia sənədi daxil olub.

Bu barədə AZƏRTAC-a agentlikdən məlumat verilib. Patentlərin alınması ilə bağlı daxil olmuş iddia sənədlərinin sayı 2024-cü illə müqayisədə 2025-ci ildə ixtira üzrə - 38.2 faiz, faydalı model üzrə - 11.6 faiz, sənaye nümunəsi üzrə 76 faiz, Avrasiya patenti üzrə - 46 faiz artıb. Bu da 2024-cü illə müqayisədə 37.8 faiz çoxdur.

2025-ci ildə 214 patent (2024-cü ildə 185), o cümlədən ixtiraya dair 137 (2024-cü ildə 128), faydalı modelə aid 57 (2024-cü ildə 43) və sənaye nümunələrinə aid 20 (2024-cü ildə 14) patent verilib ki, bu da 2024-cü illə müqayisədə 15.7 faiz çoxdur.

Beləliklə, 2025-ci ildə ixtira fəallığı 2024-cü illə müqayisədə 37.8 faiz, patent fəallığı isə 15.7 faiz artıb. Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı daxil olan iddia sənədlərinin sayı isə 4196 (2024-cü ildə 3880) olub.

Chosen
1
7
azertag.az

10Sources