EN

Ağdam-Xankəndi dəmir yolunun tikintisi davam etdirilir - VİDEO

Ağdam-Xankəndi dəmir yolu xəttinin layihələndirilməsi işlərinin 86,5 %-i, tikinti-quraşdırma işlərinin 42,6 %-i yerinə yetirilib.

Bu barədə Moderator.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Bildirilib ki, dəmir yolu xəttinin uzunluğu 28 kilometr, yan yollarla birlikdə 30,8 kilometr təşkil edir.

Layihə çərçivəsində 3 stansiya (Əsgəran və Xocalı stansiyaları, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi) və 124 ədəd mühəndis qurğusunun inşası nəzərdə tutulur. Bu 3 stansiya bu xətt ən müasir standartlar əsasında ölkədaxili nəqliyyat mobilliyini gücləndirəcək.

Xatırladaq ki, 2025-ci il avqustun 30-da Bakı-Ağdam-Bakı marşrutu üzrə sərnişin daşımalarına başlanılıb. Hazırda sərnişinlər marşrut üzrə Bakı, Biləcəri, Ucar, Ləki, Yevlax, Bərdə, Köçərli, Təzəkənd və Ağdam stansiyalarından istifadə edirlər. ADY sərnişinlərə İsveçrənin "Stadler" şirkətinin istehsalı olan "FLIRT" markalı müasir qatarlarla xidmət göstərir. Sərnişinlərə standart, standart+, biznes və birinci siniflər üzrə səyahət imkanları təklif olunur.

Qeyd edək ki, işğal dövrünə qədər Bakıdan Xankəndiyə kimi sərnişin daşımaları yataq tipli qatarla həyata keçirilirdi. Həmin vaxt qatarlar Bakı-Xankəndi-Bakı istiqamətində sonuncu dəfə 1993-cü ildə hərəkət edib.

Chosen
7
8
moderator.az

9Sources