EN

"Türk dövlətləri arasındakı enerji və nəqliyyat bağlantıları strateji əhəmiyyət kəsb edir"

BAKI, 2 aprel. TELEQRAF

"Qlobal və regional sınaqlar qarşısında Türk dövlətləri arasındakı enerji və nəqliyyat bağlantılarının gücləndirilməsi strateji əhəmiyyət kəsb edir".

Teleqraf xəbər verir ki, bu barədə Cevdet Yılmaz Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin hökumət başçılarının ikinci iclasında bildirib.

O, bərpa olunan enerji, təbii qaz və kritik minerallar sahəsində böyük əməkdaşlıq potensialının olduğunu qeyd edərək, xüsusilə “Xəzər keçidli təbii qaz boru kəməri” layihəsinin regional enerji inteqrasiyasını gücləndirəcəyini və ölkələrin inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.

Nəqliyyat sahəsində Trans-Xəzər Şərq-Qərb Orta Dəhlizinin strateji roluna diqqət çəkən C.Yılmaz, Türkiyənin Bakı-Tiflis-Qars dəmir yolu xətti ilə bu koridorun əsas paydaşlarından biri olduğunu xatırladıb.

O, ticarətin asanlaşdırılması üçün gömrük proseslərinin sadələşdirilməsini və süni intellekt sahəsində işbirliyinin genişləndirilməsini prioritet hədəf kimi göstərib.

Chosen
4
1
teleqraf.com

2Sources