Â
Gənc yaşda avtomobil qəzası nəticəsində həyatını itirən müğənni Şəfa Hüseynova ilə bağlı təsirli görüntülər yayılıb.
Â
Sosial şəbəkələrdə paylaşılan arxiv kadrlarında mərhum ifaçının bir televiziya verilişində qonaq olduğu anlar yer alıb. Həmin görüntülər qısa zamanda izləyicilər arasında geniş yayılaraq duyğusal reaksiyalar doğurub.
Â
Videoda Şəfa Hüseynovanın səmimi açıqlamaları və gələcəklə bağlı arzuları diqqət çəkib. Onun çıxışı zamanı səsləndirdiyi fikirlər izləyənləri kövrəldib və müzakirələrə səbəb olub.
Â
İzləyicilər sosial şəbəkələrdə mərhum sənətçinin vaxtsız itkisinə görə kədərləndiklərini bildirərək, onun səmimiyyətini və istedadını bir daha xatırladıqlarını qeyd ediblər.
Â
Qeyd edək ki, gənc müğənninin faciəli şəkildə dünyasını dəyişməsi vaxtilə cəmiyyətdə böyük üzüntü ilə qarşılanmışdı. Yenidən gündəmə gələn bu görüntülər isə onun xatirəsini bir daha canlandırıb./Milli.az