EN

Cahangir Fərəcullayev: Bəzən millilərə tapşırılmış və güclü olmayan oyunçular çağırılır

ain.az bildirir, Sportal.az portalına istinadən.

AFFA "Eyeball” şirkəti ilə müqavilə imzalayıb.

Sportal.az xəbər verir ki, AFFA-nın baş katibi Cahangir Fərəcullayev kamera və analiz platforması olan şirkətlə anlaşma zamanı uşaq futbolundan bəhs edib: 

"Ən böyük problemimiz uşaq və gənclər futbolu ilə bağlıdır. Artıq texnologiyalar futbola da şamil edilir. Uşaq və gənclər futbolunda kamera və analiz tətbiq olunacaq. Yarışlarda stadionlara kamera quraşdırılacaq və analizlər aparılacaq. Turdan-tura baza yaranacaq. Bu da hər oyunçunun performansını ortaya qoyacaq. Problemli mövzulardan biri odur ki, bəzən millilərə tapşırılmış və güclü olmayan oyunçular çağırılır. Bu datalar həqiqətən milliyə necə futbolçuların cəlb olunduğunu göstərəcək. Bu məlumatlar həm də Avropa və dünya skautlarına çıxış olacaq. Skautlar futbolçuları nəzarətdə saxlaya biləcək və vaxtı gələndə öz komandalarına cəlb edə biləcəklər. Bu, futbolumuzun inkişafı üçün bir təkan olacaq".

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
23
8
sportal.az

9Sources