EN

“İranın məntiqsiz addımları qonşuların etimadını sarsıdır və xalq əziyyət çəkir”

Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Aprelin 1-i İran İraqın Ərbil-Mosul magistralı yaxınlığında yerləşən, “Castrol” şirkətinə məxsus neft anbarına dron hücumu həyata keçirib.

 Ərbildə isə başqa bir dron hücumu sürtkü yağı anbarını hədəf alıb, nəticədə yanğın baş verib və səmaya qatı tüstü yayılıb.

Gununsesi.info xarici mediya istinadən bildirir ki, anbarın Britaniya şirkəti Castrol-un Ərbil ofisinə məxsus olduğu bildirilib.

Hadisələrə münasibət bildirən hərbi ekpert Ədalət Verdiyev qeyd edib ki, həm İraq, həm də Britaniya bu münaqişəyə qoşulmamaq üçün ABŞ-la fikir ayrılığına malik idi.

O əlavə edib  ki, İran generalları isə neytral ölkələri ölkəsinə düşmən etməkdə davam edir.

 Ən çətin günlərində belə İranın müdafiə edən ölkələr indi yəqin ki, dərin peşmançılıq hissi keçirir.

Müharibələr tez ya gec bitir, İran müharibəsi də bu ay bitəcək, amma İran dövləti onsuz da zəif olan etibarını və qonşularla normal münasibətini uzun müddət bərpa edə bilməyəcək.

İran bu gün təhdid etdiyi, ərazisinə raket və dron atdığı neytral qonşularının etimadını qətiyyən qazana bilməyəcək.

Dövlət nüfuzu, dövlət ləyaqətli pulla və ya dua ilə alınmır, amma məntiqsiz addımlarla o, çox qısa müddətdə ayaqlar altına atıla bilir. Bərpası isə çox uzun müddət tələb edir.

Butün bunların əziyyətini isə məğlub İran xalqı çəkir və uzun müddət də çəkəcək. Çünki, xalq hakimiyyətdə saxladığı iqtidara layiqdir. İran xalqı azadlığı üçün itkilərdən çəkinməli deyildi. Çünki, azadlıq heç bir xalqa hədiyyə edilməyib. Azadlıq üçün mübarizə aparmaq, zərurət yaranarsa sonuna qədər savaşmaq lazımdır. Tankın, topun, tüfəngin qarşısında dik dayanmaq lazımdır”.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
15
icma.az

1Sources