EN

Paşinyan jurnalistlə mübahisə etdi, brifinqdə gərgin anlar yaşandı

Ermənistanın baş naziri ilə media nümayəndəsi arasında sərt söz atışması baş verib...

Poliqon xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan 2 aprel tarixində keçirilən brifinq zamanı jurnalistlərdən biri ilə sözlü mübahisəyə girib. Hadisə jurnalistin hüquq-mühafizə orqanlarının müxtəlif tədbirlər zamanı onun fəaliyyətinə mane olması ilə bağlı sual verməsindən sonra baş verib.

Məlumata görə, Paşinyan jurnalistin sualına sərt reaksiya verərək onun davranışını tənqid edib. Baş nazir yüksək tonla “Siz daim onların ayaqları altına girirsiniz. Onların sizi tapdamamasına görə minnətdar olmalısınız. Sual verdiniz, susun, əks halda buradan çıxarılacaqsınız. Susun!”, ifadələrini işlədib.

Paşinyan əlavə edib ki, jurnalist qəsdən belə vəziyyətlər yaradır və hüquq-mühafizə orqanlarının əməkdaşlarının “onun üzərindən keçməsi üçün yerə uzanır”.

Jurnalist isə cavabında Paşinyanın özü də əvvəlki etiraz aksiyaları zamanı avtobusların qarşısında yerə uzandığını xatırladıb. Buna cavab olaraq Paşinyan bildirib ki, jurnalist də belə addım atmaq istəyirsə, bunu əvvəlcədən elan etməlidir.

Poliqon.info

Chosen
25
poliqon.info

1Sources