Filippində balıqçının tutduğu osminoq onun üzünə yapışıb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Filippində yerli balıqçı qeyri-adi və ağrılı bir hadisə ilə üzləşib. Tutduğu osminoq onu sudan çıxarmağa çalışan balıqçının üzərinə hücum edərək üzünə möhkəm yapışıb.
Osminoqu dərhal özündən kənarlaşdıra bilməyən balıqçı bir müddət onunla mübarizə aparmalı olub.
Osminoqun inadla müdafiə olunması nəticəsində balıqçının üzündə çoxsaylı göyərmə izləri izləri qalıb və o, heyvanın buraxdığı mürəkkəbə tamamilə bulaşıb.
Xuraman Etibarlı
İnterpress.az