EN

Azərbaycan bankları ilk iki aya ₼190 mln. xalis mənfəət əldə ediblər

Azərbaycan bank sektoru 2026-cı ilin ilk iki ayında bank sektoru 189.7 milyon manat xalis mənfəət əldə edib. Halbuki, 2025-ci ilin eyni dövründə 179.4 milyon manat idi.

Banker.az xəbər verir ki, 301.2 milyon manat əməliyyat mənfəəti əldə edib, büdcəyə isə 47.7 milyon manat mənfəət vergisi ödəyib.

Bankların cəmi aktivləri 57.1 milyard manata, öhdəlikləri 49.6 milyard manata, balans kapitalı isə 7.5 milyard manata çatıb. Ay ərzində aktivlər 0.3%, öhdəliklər 0.2%, kapital isə 1.5% artaraq sektorun sabit artım göstərib.

Kredit portfeli fevralda 0.5% və ya 138.8 milyon manat artaraq 30.1 milyard manata yüksəlib. Portfelin əsas hissəsini 16.1 milyard manatla biznes kreditləri təşkil edib, istehlak kreditləri 9.5 milyard manat, ipoteka kreditləri isə 4.6 milyard manat olub.

Bank sektorunda depozitlər dominant mövqeyini qoruyur və ümumi öhdəliklərin 75.2%-ni təşkil etməklə 37.3 milyard manata çatıb. Bunun 20.4 milyard manatı hüquqi şəxslərin, 16.9 milyard manatı isə fiziki şəxslərin depozitlərinin payına düşür.

Fiziki şəxslərin əmanətlərində milli valyuta üstünlük təşkil edir və 11.6 milyard manat səviyyəsindədir, xarici valyutada əmanətlər isə 5.2 milyard manat olub. Müddətli əmanətlər 10.7 milyard manat təşkil edib və fevral ayında 210.3 milyon manat artıb, tələbli əmanətlər isə 349.5 milyon manat yüksəlib.

Eyni zamanda, unikal müddətli əmanətçilərin sayı 202.1 min nəfərə çataraq aylıq 2.5%, ilin əvvəlindən isə 4.1% artım göstərib. Hüquqi şəxslərin tələbli depozitləri 15.2 milyard manat olmaqla bu seqmentdə əsas payı qoruyub.

2026-cı ilin fevralında mülayim artım tempini qoruyub. 28 fevral tarixinə ölkədə fəaliyyət göstərən 22 bankın 505 filialı, 85 şöbəsi və 3,507 ATM-i olub, sektorda çalışanların sayı isə 27.3 min nəfər təşkil edib.

 

Chosen
1
1
banker.az

2Sources