EN

Azərbaycanın bank sektorunun aktivləri 7 %-ə yaxın artıb

Bakı. Trend:

Bu il martın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 57milyard 132,8 milyon manat təşkil edib.

TrendAzərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilaprelin 1-i ilə müqayisədə 3 milyard 571,1 milyon manat və ya 6,7%çoxdur.

Məlumata görə, fəaliyyətdə olan bankların cəmi öhdəlikləri 49milyard 617,4 milyon manat, balans kapitalı 7 milyard 515,4 milyonmanat olub. Fevral ayında bankların cəmi aktivləri 0.3%, cəmiöhdəlikləri 0.2%, balans kapitalı isə 1.5% artıb.

28 fevral 2026-cı il tarixinə fəaliyyət göstərən 22 bankınfiliallarının sayı 505, şöbələrinin sayı 85, ATM-lərin sayı 3,507olmuşdur. Hesabat ayının sonuna bank sektorunda çalışanların sayı27,277 nəfər təşkil edib.

Məqalədə:
Chosen
27
az.trend.az

1Sources