EN

IDF: Ötən gün 40 dan çox Hizbullah silahlısı öldürülüb

ain.az bildirir, Apa.az portalına istinadən.

Ötən gün 40-dan çox Hizbullah silahlısı öldürülüb və qruplaşmanın Livanda onlarla obyekti vurulub.

APA xəbər verir ki, bu barədə İsrailin müdafiə qüvvələri (IDF) məlumat yayıb.

IDF-in məlumatına görə, İsrailin hava qüvvələri Hizbullahın komanda mərkəzlərini, silah anbarlarını, raket buraxılış qurğularını və tank əleyhinə raket mövqelərini bombalayıb.

IDF həmçinin bildirir ki, İsrail hərbi donanması Livanın cənubunda Hizbullaha məxsus silah anbarını da məhv edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
43
23
apa.az

10Sources