EN

Azərbaycanda bank kartlarının sayı son bir ayda 191 min ədəd artıb

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə fevral ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 191 min ədəd artaraq 22 milyon 347 min ədəd təşkil edib.

Banker.az xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 10% artıb. Ödəniş kartlarında debet kartlarının sayı 13% artmış, kredit kartlarının sayı isə 8% azalmışdır.

Belə ki, fevral ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 15% artmışdır. 2026-ci ilin fevral ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,200 mln. manat təşkil etmişdir.

Həyata keçirilən nağdsız ödənişlərin 7,171 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,026 mln. manatı POS-terminallar, 3 mln. manatı isə özünə xidmət terminalları və bankomatların vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69.7%-ni təşkil edib.

Chosen
1
7
banker.az

9Sources